“Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan arasında dördtərəfli görüş təklifini vermişik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bizim öncüllüymüzlə görüş təklifimizi çatdırmışıq. Bu məsələdə üçtərəfli yox, dördtərəfli görüş təklif etmişik. Təklif etdik ki, gəlin, bu yerlərə heç bir aidiyyəti olmayan liderlərlə yox, indi işin içində olan cənab Putin, cənab Əliyev, mən və Paşinyan bir yerdə dördtərəfli görüş keçirək, addımları da buna görə ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Məsələ ilə bağlı cənab Əliyevlə də görüşəcəyik”, - Türkiyə lideri bildirib.