20 Sentyabr 2023 11:50
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağla bağlı yaranmış vəziyyət kifayət qədər mürəkkəbdir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzetinə rusiyalı politoloq Modest Kolerov deyib.

Erməni jurnalistin Rusiyanın niyə baş verənləri dayandıra bilməməsi ilə bağlı sualına cavabında bildirib ki, ölkəsi hər şeyə qadir deyil, edə bilmədiyi şeylər də var.

“Sizin demaqogiyanız mənə çoxdan məlumdur, amma bu, 2020-ci ildə heç nə etmək istəməyən fərarilərə qarşı yönəldilməlidir. 2020-ci ildə Ermənistan ordusunda minlərlə fərari vardı, amma deyəsən, bu haqda az adam danışır. Rusiya hər şeyə qadir deyil. İstənilən halda, Bakının Moskvaya qulaq asıb-asmayacağı naməlumdur”, - Kolerov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər