22 Sentyabr 2023 10:32
20 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran müdafiə naziri Məhəmməd Rza Aştiyani ABŞ-Ermənistan birgə təlimlərindən və NATO qüvvələrinin Cənubi Qafqazda yerləşmək səylərindən danışıb.

Teleqraf.com xəbər verir ki, nazir Tehranın heç vaxt xarici güclərin regionun problemlərinə qarışmasına imkan verməyəcəyini deyib.

“Bizim səylərimiz region ölkələrinin əməkdaşlığı vasitəsilə məsələlərin müstəqil həllinə yönəlib”, - Aştiyanı bildirib.

Müdafiə naziri vurğulayıb ki, İran regionun geosiyasətində heç bir dəyişikliyi qəbul etmir.

“Biz Ermənistan və Azərbaycanla əlaqələrimizi və əməkdaşlığımızı davam etdiririk. Bu ölkələr bizim qonşularımız və qardaşlarımızdır, biz onların problemlərinin həllinə kömək etməyə çalışırıq”, - Aştiyani əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər