Cəlilabad rayonundan olan şəhidimiz Nəcməddin Quliyevin son vəsiyyəti yerinə yetirilib.
Teleqraf.com xəbər verir ki, şəhidimizin nəşi rayonuna gəlib çatmamış artıq onun vəsiyyətinə uyğun olaraq Çünzəli kəndinin yoluna asfalt çəkilib.
Qeyd edək ki, daha öncə yayılan görüntüdə Nəcməddin Quliyev şəhid olduğu halda ailəsinə ödəniləcək 11 min manat pulla kəndin yollarının asfaltlanmasını istəmişdi.