16 Yanvar 2015 16:27
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2013-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 29 quldurluq cinayətlərinin açılmaması narahatçılıq hissi ilə qeyd olunur”.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru Əziz Seyidov 2014-cü ilin yekunlarına dair keçirilən əməliyyat müşavirəsində deyib. O, bildirib ki, həmin cinayətlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi, bu məqsədlə xüsusən də, kriminalistika xidməti işinin daha da gücləndiriləcək.

Şəhər prokuroru tərəfindən bu istiqamətdə zəruri göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər