Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
- polkovnik Fərid Əlibaba oğlu Əliyevə
- polkovnik Namiq Süleyman oğlu Bayramova
- polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.