20 Noyabr 2023 15:53
4 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerikalılar onlara aid olmayan işlərə qarışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani ABŞ dövlət katibinin müavini Ceyms Obraynın İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin yaradılması ilə bağlı tənqidinə münasibət bildirərkən deyib.

“Amerikalılar onlara aid olmayan işlərə qarışırlar. İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.

Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrindən dərs çıxarmalıdırlar”, - İran rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər