Azərbaycanla danışıqlarda vasitəçilərin iştirakı məcburi olan məsələlər var.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
“Elə məsələlər var ki, orada vasitəçilərin iştirakı çox mühüm rol oynayır”, - ölkə rəsmisi bildirib.
Çıxışında təxribata baş vurmağı unutmayan Səfəryanın sözlərinə görə, vasitəçilərin iştirakı ilk növbədə “Qarabağ ermənilərinin hüquqları” ilə əlaqəlidir.
Separatçı və işğalçı iddialarından vaz keçməyən ölkənin rəsmisi “Qarabağda beynəlxalq mexanizmlərin tətbiqi” təxribatına da yer verib.
“Burada beynəlxalq mexanizmlərin olması vacibdir. Bu bir məsələdir, təminatların vacib olduğu başqa məsələlər də var”, - Səfəryan bidirib.
Görünən budur ki, vasitəçilər Ermənistana öz separatçı və işğalçı iddialarını davam etdirmək üçün lazımdır.