28 Noyabr 2023 17:18
5 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ dövründə elə bilirdilər ki, SSRİ əbədidir, indi sərhədləri müəyyən edən sənədləri tapmaq, konkret nəsə demək çox çətindir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan anklav məsələsi ilə bağlı danışarkən deyib.

Spiker anklavların "hüquqi əsas"ının olub-olmaması ilə bağlı suala belə cavab verib:

“Əgər varsa, biz onların (Azərbaycanın) anklavlarını qaytarmağa hazırıq, onlar da bizim Başkəndi qaytarmalıdır. İstisna etmirəm ki, müəyyən həll yolu tapacağıq, məsələn, sərhədin bu tərəfində olan burada, sərhədin o tərəfində olan orada qalacaq. Məsələn, Başkəndin ərazisi Azərbaycanın danışdığı 2-3 anklavdan xeyli böyükdür”.

Simonyan qeyd edib ki, hər şey bərabərlik məntiqi ilə həll olunmalıdır.

Ermənistanın qaytarmalı olduğu 8 kənd beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tanınan Azərbaycan ərazisidir. Ermənistan Baş naziri Nikol Paşinyan konkret rəqəmlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, həmin kəndlər də bura daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər