28 Noyabr 2023 17:54
5 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan Gürcüstana işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistan-Gürcüstan ikitərəfli əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd olunub ki, strateji məsələlər üzrə yüksək səviyyəli dialoq təkcə Gürcüstan və Ermənistana deyil, həm də bütün regiona xeyir verəcək.

Hər iki tərəfdən regionda sülh və sabitliyin təmin edilməsi vurğulanıb. Qaribaşvili bildirib ki, Gürcüstan regionda sülh və sabitliyə yönəlmiş prosesləri (Azərbaycan və Ermənistan arasında) dəstəkləməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər