28 Noyabr 2023 17:36
15 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qarşı gülünc iddia ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl də sayıqlamaları ilə diqqəti üzərinə çəkməyi bacaran spiker bu dəfə belə iddialarına yenisi əlavə edib.

Simonyanın həmin iddiasına görə, Azərbaycan Ermənistana 31 kənd qaytarmalı imiş.

“Azərbaycanlılar 4 kənddən (4 yox, ən azı 8 kənd – red.) danışırlar, amma bizim 31 kəndimiz var ki, əraziləri ya tamamilə, ya da qismən onların “işğal”ı altındadır. İndi o 31 kənddən də danışmalıyıq”, - spiker bildirib.

Əgər söhbət ərazilərin qaytarılmasından gedirsə, Ermənistan öz imzası ilə bir dövlət kimi varlığına son qoyub bütün ərazilərini Azərbaycana təhvil verməlidir, nəinki 8 kəndi. Simonyan ya tarixi bilmir, ya da özlərinin yazdıqları “tarix”ə çox inanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər