29 Noyabr 2023 12:12
6 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan azərbaycanlılarla ermənilərin yenidən birgə yaşayacaqlarını dediyi üçün soydaşları tərəfindən təhqirlərə məruz qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə spikerin özü məlumat verib.

“Brifinqdə “ermənilərlə azərbaycanlıların yan-yana yaşamağın vaxtı gələcək” dediyim hissənin altında jurnalistlərdən birinin şərhini oxudum. Yeni heç nə deyilməyib, iki qonşu dövlətin salamatlığı üçün ən yaxşı yolun sülh içində yaşamaq olduğu söylənilib. Uzun qanlı müharibələrdən sonra dinc yaşamağın bir çox nümunəsi var. Şərhlər isə başqa şeylər haqdadır: sadəcə təhqir və qarğış. Bu qədər ürəksiz, azərbaycanlılarla yan-yana yaşamaq istəməyən bu insanların kim olduğunu anlamağa çalışıram, təəccüblü heç nə üzə çıxmır. Bunları söyləyən gənc anaları, siyasətlə məşğul olan makiyaj-tatuaj edən xanımları bir kənara qoysaq, məlum olur ki, əksəriyyəti Rusiyada yaşayır, məsələn, Stavropol şəhərində”, - Simonyan bildirib.

Onun sözlərinə görə, azərbaycanlılarla ermənilər arasında birgəyaşayışı istəməyənlərin kiçik bir hissəsi də ABŞ-da yaşayır. Simonyan xüsusən də xarici ölkələrdə yaşayan ermənilərin bunu “qəbuledilməz” hesab etdiklərini vurğulayıb.

“Bilsinlər, dinləsinlər və anlasınlar ki, mən sülhü təmin etmək üçün hər şeyi edəcəm ki, heç nədən qorxmadan ailələrini də götürüb, nəhayət, Ermənistanda yaşamağa qayıtsınlar”, - Simonyan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər