Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının iclası noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
İclasda iki ölkə arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq.
Komissiyalara Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edir.