29 Noyabr 2023 17:54
12 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağla bağlı “xüsusi qurum”un yaradılmasından imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə separatçı Samvel Babayan məlumat verib.

“Baş nazirə təklif etdim ki, “Moskovyan” (İrəvan) küçəsində fəaliyyət göstərən “xüsusi proqramlar departamenti” yaradılsın, onun vasitəsilə bütün məsələlərdə Qarabağ ermənilərinin müdafiəsinə qalxaq. Nikol Paşinyan imtina etdi, niyə imtina etdiyini söyləmədi”, - separatçı bildirib.

Babayan bununla bağlı baş nazir və Ermənistan hökumətinə ünvanladığı yazılı müraciətinin də cavabsız qaldığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər