30 Noyabr 2023 14:16
3 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın məqsədi Qərb ölkələrinin Azərbaycanla münasibətlərini daha da gərginləşdirməkdir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın Qərbdə Azərbaycana qarşı fəaliyyətlərinə diqqət çəkib:

“Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası öz işinə başlayıb. Hər il dekabrın əvvəlində ATƏT-ə həmin müddətə rəhbərlik edən ölkəsində nazirlərin sammiti keçirilir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Skopyedə artıq ikitərəfli görüşlərə başlayaraq, ABŞ dövlət katibi Entoni Blinken və Britaniya xarici işlər naziri Devid Kemerona Azərbaycandan şikayət edib, “etnik təmizləmə”dən, “Bakının qeyri-konstruktiv yanaşması”ndan danışıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da bu gündən Skopyedə görüşlərə başlayacaq.

İrəvanın məqsədi Qərb ölkələrinin Azərbaycanla münasibətlərini daha da gərginləşdirməkdir. Mirzoyannın Skopyedəki görüşlərinin məqsədi də budur. Fransa ilə məsələ aydındır, ancaq digər Qərb ölkələri ilə təmasları intensivləşdirməyə və izahat işini gücləndirməyə ehtiyac var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər