1 Dekabr 2023 16:15
6 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Delimitasiya üzrə komissiyaların görüşü onu göstərir ki, prosesi sürətləndirmək istəyirlər. Bu, ümidverici haldır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, hələ də həll olunmamış məsələlər var:

“Azərbaycanın eksklavların qaytarılması məsələsi gündəmdədir. Tərəflərin intensiv görüşlə bağlı razılığın verilməsi də ondan xəbər verir ki, onlar doğrudan da bu məsələdə tezliklə hansısa nailiyyətlərin əldə olunmasında maraqlıdır. Hər halda belə görüntü yaranır. Digər tərəfdən də çox həssas məsələdir. Çünki məsələdə həll yolu tapılmasa, növbəti lokal da olsa, əməliyyat istisna deyil. Həll olunmamış məsələlər sonralar da münaqişələrə yol aça bilər. Digər məsələlərdə çox güman ki, irəliləyişlər gözləmək olar. Bir çox şey Ermənistandan asılıdır. Ermənistan geosiyasi oyunlardan əl çəkərsə, öz maraqlarına uyğun hərəkət etsə, sülh sazişi ilə bağlı sənədi imzalayacaq. Hazırda oyun oynayırlar. Qərb, təəssüf ki, hələ konstruktiv mövqedən çıxış etmir. Ona görə də neytral meydan təklif edirik. İndi Ermənistan bunu istəmir.

Təklifimiz bundan ibarətdir ki, delimitasiya prosesinə başlayaq. Dəqiqliklə müəyyən etməliyik ki, hansı ərazilər, hansı şərtlərlə Ermənistana verilib. Yaxud Azərbaycanda qalıb. Məsələlərdə bəzi haqlar Sovet qanunlarına zidd atılmışdı. Zidd olan məsələlərə biz təzədən baxmalıyıq. Düşünürəm ki, bütün hallarda komissiya nə qədər tez bu məsələ ilə məşğul olsa və tez-tez görüşsələr bir o qədər də yaxşı olar. Hər iki tərəf üçün müəyyən bir ortaq məxrəcə gələ bilərlər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər