1 Dekabr 2023 22:42
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətnində yer alacaq məsələlərlə bağlı dəyirmi masa keçirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Müzakirələrdən gəlidiyim qənaət budur ki, sülh sazişinin mətni ilə bağlı fərqli yanaşmalar var. Məsələn, deyilir ki, Azərbaycan qalib tərəf kimi Ermənistana şərtlərini diktə etməlidir və ya Zəngəzur dəhlizinin işə salınması üçün bütün alternativlərdən istifadə etməliyik. Şübhəsiz fərqli düşünənlər, o cümlədən “iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısa, sülh sazişi imzalana bilər” söyləyənlər də az deyil.

Fikrimcə, “Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətnində nələr olmalıdır” mövzusu ətrafında dəyirmi masa keçirməyə ehtiyac var. Belə bir dəyirmi masada səslənən fikirlər Ermənistana da mesajımız olar”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər