2 Dekabr 2023 19:52
4 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan “ikinci Fransa” ola bilməz, resursları o qədər də çox deyil.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Fenenko deyib.

“Ermənistan Qərbə üz tutub və hər şeyin məntiqi sonluğunu görürük. Ermənistanda KTMT üzvlüyünə son qoyulması və NATO ilə daha sıx təmasların qurulması hisləri artır. Başqa variant da var: Rusiyada Ermənistanın KTMT-dən çıxarılması məsələsini qaldırmağa nail olmaq. Onda İrəvanda deyəcəklər ki, NATO-ya üzv olmaqdan başqa alternativləri yoxdur”, - ekspert bildirib.

Fransanın Ermənistan ordusunda islahatlara cəlb ediləcəyi ehtimalına gəlincə, Fenenko vurğulayıb:

“Ermənistan ikinci Fransa ola bilməz, resursları o qədər də çox deyil”.

Rusiyalı ekspert Zəngəzur dəhlizi məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanın xarici və regional siyasətdəki səhvləri bu dəhlizin itirilməsi ilə nəticələnə bilər.

“Ermənilər Naxçıvandan Azərbaycanın qərb rayonlarına gedən dəhlizi itirsələr, o zaman Ermənistan İrəvan vilayətinə - kiçik, vətəndaşsız bir bölgəyə çevriləcək”, - Fenenko əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər