Nikol Paşinyan etiraf etmişdi ki, Azərbaycanın səkkiz kəndi Ermənistanın nəzarəti altındadır.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, Paşinyan bu məsələdə dolaşıq addımlar atır:
"Sülh sazişinin imzalanması ərəfəsində Paşinyan bunu Azərbaycana şərt və tələb kimi sırımağa çalışır. Hesab edir ki, bunun əvəzinə Azərbaycan nə isə etməlidir. ABŞ-ın konqresində müzakirələrdən və Fransa ona dəstək verməsindən sonra Paşinyan özünü daha sərbəst aparmağa başladı. Aydın məsələdir ki, burda Paşinyan tərəfindən siyasi alver gedir. Görünür ki, bunun əvəzində hansısa güzəştlər gözləyir. Artıq güzəşt limitimiz bitib. Biz heç bir güzəştə getməyəcəyik və elə bir fikrimiz də yoxdur. Bu istiqamətdə mövqeyimizi dəyişməz olaraq qalacaq. Hücum edəcək addımlarımızı bundan sonra diplomatik sahədə davam etdirəcəyik".