5 Dekabr 2023 17:46
5 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) nümayəndə heyəti ötən həftə Ermənistana səfər edib, Ermənistanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyirik.

Teleqraf.com xəbər verir ki, bunu AB-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib.

“Çox fəal müzakirələr aparılıb, nəticələri AB-yə üzv dövlətlərə təqdim olunacaq, tezliklə konkret təkliflər veriləcək. Bütün istiqamətlərdə əməkdaşlıq etmək istəyirik, o cümlədən təhlükəsizlik, investisiyalar və sair.

AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığın maraqlı olduğunu, texniki missiyanın bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana səfər edəcəyini açıqlayıb”, - səfir bildirib.

Maraqos AB və Ermənistanın təhlükəsizlik sektorunda əməkdaşlığına diqqət çəkib:

“Hamımız Ermənistan cəmiyyətinin təhlükəsizlik sahəsində AB ilə əməkdaşlığa marağını anlayırıq. Biz (Azərbaycanla Ermənistan arasında) sülh gündəminə sadiqik, sülh işi çərçivəsində əməkdaşlıq genişlənəcək, təfərrüatlar daha sonra bəlli olacaq.

Məlum olduğu kimi, AB-nin artıq sərhəddə monitorinq missiyası var. Bu missiyanın əhatə dairəsini genişləndirmək üçün üzv dövlətlərlə müzakirələri davam etdirməyə hazırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər