5 Dekabr 2023 23:24
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Duması sədrinin keçmiş müşaviri, jurnalist Anastasiya Kaşevarova bir müddət əvvəl iddia etmişdi ki, Fransa erməni hərbçilərini Rusiyaya qarşı müharibəyə hazırlaşdırır. Onun sözlərinə görə, Fransanın 7 təlim mərkəzində ermənilərə təlim verilir, onlara NATO silahlarından istifadə öyrədilir.

Teleqraf.com xəbər verir ki, rusiyalı politoloq Aleksandr Perençiyev bu iddiaya inanmadığını deyib.

Bununla belə, o, istisna etməyib ki, Fransa erməni hərbçilərinə öz ərazisində təlim keçir:

“Paris və İrəvan arasında hərbi əməkdaşlıq proqramı ilə Ermənistan hərbçilərinin Fransada təlim keçmələri mümkündür. Xüsusən də 2020-ci il müharibəsindən sonra. Fransa-Ermənistan əməkdaşlığı əvvəldən anti-Azərbaycan və anti-Türkiyə xarakteri daşıyır”.

Perençiyevin fikrincə, Ermənistan hərbçilərinə öz ərazisində təlim keçən Fransanın bu hazırlığı Rusiyaya qarşı deyil:

“Parisin Rusiya ilə proksi müharibə aparmağa ehtiyacı olmaya bilər, ABŞ isə analoji müharibəni aparır. Üstəlik, Fransada əcnəbi legion, bununla yanaşı, planetin müxtəlif yerlərində əməliyyatların aparılması üçün əcnəbi hərbçilərin hazırlanması üçün inkişaf etmiş infrastruktur var”.

Politoloq bildirib ki, İrəvan getdikcə Qərblə hərbi əməkdaşlığı artırır, bu fonda Rusiya və KTMT ilə əlaqələrini zəiflədir: “Bunu Ermənistanın ali rəhbərliyinin demarşları sübut edir”.

Perençiyev güman edir ki, Fransada erməni hərbçilərinə təlim ABŞ-ın pulu ilə keçirilir:

“Bu, həm də Fransa rəhbərliyi üçün gəlir əldə etmək imkanıdır. Amma bir hərbi-siyasi aspekt də var: Fransanın erməni muzdlularının köməyi ilə Cənubi Qafqazda öz maraqlarını irəli sürmək imkanı var. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev son zamanlar Fransanın regionda vəziyyəti gərginləşdirmək istəyinə dəfələrlə diqqət çəkib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər