6 Dekabr 2023 17:01
7 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Azərbaycandan sonra Ermənistana səfər etməyi planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Ermənistan mətbuatına bildirilib.

“Dövlət katibinin köməkçisi Obraynın Cənubi Qafqaza səfəri vaxt məhdudiyyətinə görə yalnız Bakıya olacaq, amma bizim yüksək rütbəli rəsmilərimiz tez-tez regionun digər ölkələrinə də səfər edirlər. Sülhə nail olmaq üçün həm Ermənistan, həm də Azərbaycanla görüşlərimizi davam etdiririk.

Qafqaz danışıqları üzrə baş məsləhətçi Lui Bono da regionda səfərdədir, diplomatik fəaliyyəti çərçivəsində İrəvanda da olacaq”, - məlumatda deyilir.

ABŞ dövlət katibinin köməkçisi 6-8 dekabr tarixlərində Azərbaycanda səfərdə olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər