6 Dekabr 2023 20:39
10 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Britaniyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Britaniyanın bölgədə gedən geosiyasi proseslər çərçivəsində fəallaşdığını bildirib:

“Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offord Azərbaycanda səfərdədir. Bakıda nazirlərlə görüşlərdə iki ölkə arasında əməkdaşlığın inkişafı yollarını müzakirə edir. Bundan təxminən iki həftə Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti də Azərbaycanda səfərdə idi. O da əməkdaşlıqla bağlı mövzuları müzakirə etmişdi. Dokerti Azərbaycanla yanaşı, Ermənistan və Gürcüstanda da oldu. Hiss olunur ki, Britaniya Cənubi Qfaqaz uğrunda mübarizədə Rusiya, ABŞ və Avropa İttifaqından geri qalmaq istəmir. London Paris və Vaşinqtondan fərqli olaraq, Cənubi Qafqaz siyasətində balansı pozmur, bölgənin hər üç ölkəsiylə yaxşı münasibətləri var.

Bu arada, ABŞ-da görüşlərini başa vuran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londona gedib. Bundan əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Britaniyaya yollanmışdı. Erməni nazir Londonda iki ölkə arasında strateji dialoqun istiqamətlərini müzakirə etmişdi. Bütün hallarda Londonun Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər