7 Dekabr 2023 11:27
4 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini sülh danışıqları üçün gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Ceyms Obrayn Prezident İlham Əliyevlə görüşdən sonra X sosial şəbəkəsində yazıb.

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim. Azərbaycan Prezidenti İlham Əliyevə dedim ki, ABŞ bu ölkənin Mərkəzi Bankının rəhbərinin və Azərbaycanın energetika nazirinin səfərlərini alqışlayır.

Bundan əlavə, dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bayramov və Mirzoyanı tezliklə sülh danışıqları üçün Vaşinqtonda qəbul etməyə ümid edir”, - amerikalı diplomat bildirib.

Blinkenin müavini xarici işlər naziri Ceyhun Bayramovla da yaxşı görüş keçirdiyini açıqlayıb:

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüşümüz oldu. İkitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və regionda sülhün, sabitliyin və rifahın dəstəklənməsinə yönəlmiş ideyaları bölüşdük”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər