7 Dekabr 2023 15:01
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan mövqeyi Qafqazda yaranmış yeni geosiyasi reallığa, milli maraqlarımıza əsaslanır. ABŞ-ın da bu mövqeyi qəbul etməməsi sadəcə olaraq mümkün deyil. Çünki Azərbaycan Cənubi Qafqaz həmçinin nəqliyyat qovşağı baxımından kifayət qədər ciddi əhəmiyyətə malik olan ölkədir".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır:

"Biz bir daha yüksək səviyyədə ABŞ-ın nəzərinə Azərbaycanın mövqeyini çatdırdıq. Bu gün keçmiş postsovet məkanında və Yaxın Şərq bölgəsində baş verən proseslər fonunda Azərbaycanın olduqca ciddi və əhəmiyyətli mövqeyi var. Bunu Amerika çox gözəl bilir. Bir tərəfdən başqa bir məqamı nəzərə alsaq ki, Amerikada qarşıdan prezident seçkiləri gəlir. Bütün bu nüanslar hamısı belə bir sual ortaya qoyur ki, nə dərəcədə Amerika Azərbaycanla münasibətlərinin gərginləşməsində maraqlı ola bilər? Düşünürəm ki, ABŞ-ın faktiki olaraq geri addım atması, eyni zamanda nümayəndə heyətinin Azərbaycana gəlməsi, gedən danışıqlar, keçirilən görüşlər bunu deməyə əsas verir ki, Amerika ümumiyyətlə Cənub Qafqaz siyasətinə və Azərbaycanla bağlı mövqeyinə kifayət qədər korrektlər etməlidir. Çünki bu gün Cənubi Qafqazla bağlı hər hansı bir geosiyasi və ya geoiqtisadi layihələri reallaşmasını istəyirlərsə, Azərbaycanın haqlı maraqlarını qəbul etməlidirlər".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər