8 Dekabr 2023 15:16
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə sülh sazişinin imzalanmasını yaxın perspektivdə mümkün hesab edirik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

Onun sözlərinə görə, imzalanacaq sənəd elə olmalıdır ki, həm Azərbaycan, həm də Ermənistan razı olsun:

“Qeyd etməliyəm ki, son bəyanat müsbət təsir göstərə bilər, bəyanatın mətnində müsbət atmosfer var. Bu da danışıqların sonrakı gedişatının daha rəvan getməsinə kömək edə bilər”.

Xandanyan suala cavab verib ki, söhbət mətndə əks olunacaq etimadın gücləndirilməsi ilə bağlı müddəadan başqa digər real addımlardan gedir.

Komitə sədri saxlanılan hərbçilərin mübadiləsinə dair danışıqların ikitərəfli formatda baş tutduğunu açıqlayıb:

“Bəyanatda üçüncü tərəfdən (vasitəçi) bəhs edilmir, iki heyət arasında razılaşdırılıb”.

Azərbaycan və Ermənistan dünən birgə bəyanat verib. Buna əsasən, Azərbaycan 32, Ermənistan 2 hərbçini qarşılıqlı təhvil verəcək. Eyni zamanda, bəyanatda sülh müqaviləsinin imzalanması üçün tarixi fürsətin yarandığına vurğu edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər