9 Dekabr 2023 09:06
5 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və İrəvan arasında sülh danışıqları davam edəcək. Amma nəticənin qısa zamanda olub-olmayacağını deməkdə çətinlik çəkirəm.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, bəzi nüanslardan dolayı ola bilsin ki, Ermənistan bu məsələni arxa plana keçirtsin:

“Ermənistan bəyan edib ki, Vaşinqton görüşünə hazırdırlar. Bizim üçün də görüşün baş tutması önəmlidir. Belə görüşlər çox olub. Yenə də növbəti görüş olacaq. Amma nəticəsini deməkdə çətinlik çəkirəm. Ona görə ki, bir neçə dəfə olub ki, iş lazım olan nöqtəyə çatanda ortaya bəzi qəmbərqulular çıxıb. Bu da daha çox Ermənistan və Azərbaycanın iradəsindən kənar olan məsələdir. Ona görə ki, burada Qərb və Rusiya arasında hələ də mübarizə gedir ki, sənəd hansı platformada imzalanacaq. Sülh müqaviləsinin Vaşinqtonda imzalanmasını Rusiya istəmir. Daha çox Ermənistana təzyiq etmək imkanı olan Rusiya istəmir ki, onun iradəsindən kənar hansısa qərar verilsin. Hər hansı bir sənədin 2023-də imzalanması qeyri realdır. Olacaqsa da 2024-cü ildə olacaq. Hər şey bu prosesdə kənar qüvvələrin bir qədər məsafədə qalmağından asılı olacaq".

Üzeyir Cəfərov bildirib ki, Ermənistan çox hiyləgər addımlar atır:

"Onlar bilirdilər ki, tərəflər arasında müəyyən danışıqlar gedir. Dərhal bizim əsgərimiz üçün qondarma məhkəmə həyata keçirdilər. Məqsədləri aydın idi. Bizdə xeyli sayda əsirləri var idi. Deyim biləsiniz ki, hələ də xeyli sayda erməni əsirləri var. 2020-ci ildən sonrakı dönəmlərdə bir sıra cinayətkarlar tutulublar. Azərbaycan bir daha bütün dünyaya sübut elədi ki, ermənilərin burda olan əsirləri cinayət işləmiş əsgərlərdir. Onlar bizim Hüseyn Axundov və Aqşin Bəbirova qarşı hər hansı bir fakt orta qoya bilmədilər. Ermənistan daxildəki vəziyyəti bir qədər öz təbliğatı üçün istifadə edəcək. Yəni deyəcəklər ki, iki nəfəri buraxıb, əvəzində 32 erməni əsgərini geri aldıq. Bu da ermənisayağı düşüncə, addımdır. Ermənilər unutmamalıdırlar ki, 2020-dən sonra biz dəfələrlə bundan çox erməni əsgərlərini qaytarmışıq. O vaxt burada Rusiya sülhməramlılarının komandanı var idi. General Rüstəm Muradovun vasitəsi ilə dəfələrlə olub ki, onlarla erməni əsgəri Azərbaycan tərəfindən heç bir şərt irəli sürülmədən Ermənistana qaytarılıb. Ermənistandır da, öz oyunlarını oynayır. Görək bu oyunlarının sonu nə ilə nəticələnəcək".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər