8 Dekabr 2023 17:28
1 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağının gələcək strukturu və idarəçiliyindən danışmaq vaxtı hələ çatmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Fələstin prezidentinin müşaviri Mahmud əl-Həbbaş deyib.

“Hazırda Qəzza zolağının gələcəyi haqqında danışmağın xeyri yoxdur. Fələstinin perspektivləri ilə bağlı hər hansı bir spekulyasiyaya başlamazdan əvvəl bu sektorda İsrailin təcavüzünü dayandırmaq lazımdır. Bu, indi bizim Fələstin hakimiyyətinin prioritet məsələsidir.

Hesab edirəm ki, BMT İsrail qüvvələrinin Qəzzanın Fələstin əhalisinə qarşı hücumlarını dayandırmaq üçün dərhal hərəkətə keçməlidir”, - deyə müşavir bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər