8 Dekabr 2023 22:32
1 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

Teleqraf.com xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.

Qeyd edək ki, Səbuhi Rzayev buna qədər nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifəsinə kimi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərib.

1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər