Fransada yaşayan ermənilər bu gün kədərlidirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzetinin redaktoru Jan-Kristof Busson Rəşidə Datinin ölkənin mədəniyyət naziri təyin edilməsini şərh edərəkən deyib.
Buson ərəb əsilli yeni nazirin anti-erməni mövqeli olduğunu iddia edir.
Jurnalist yazının altında 2016-cı ildə Fransanın o vaxtkı prezidenti Fransua Olland və Azərbaycan Prezidenti İlham Əliyevin fotosunu yerləşdirib. Foto Fransanın on deputatı və senatoru Ollandı Azərbaycan və Ermənistan arasındakı münaqişədə Azərbaycanın xeyrinə qərar qəbul etmək üçün BMT-də vasitəçilik etməyə çağırdıqdan sonra çəkilib.
“Rəşidə Dati 2016-cı ildə bu bəyanatı imzaladıqdan sonra “Le Figaro” qəzeti ilə söhbətində “yaxşı azərbaycanlılar pis ermənilərin qurbanı olub” demişdi. Fransadakı ermənilər bu gün kədərlidirlər”, - Buson bildirib.