Keçmiş separatçı rejimin son başçısı Samvel Şahramanyan İrəvanda görüntülənib.
Teleqraf.com xəbər verir ki, separatçı “Yerablur” panteonunda kameralara tuş gəlib.
Şahramanyanı panteonda Qaqik Baqunts, Vrtanes Abramyan, Sergey Qazaryan və digər separatçı ünsürlər müşayiət ediblər.
Samvel Şahramanyan jurnalistlərin heç bir sualına cavab verməyib, maşına minərək oradan uzaqlaşıb.
Qeyd edək ki, bu gün separatçı hərəkatın 36 ili tamam olur.