Keçmiş separatçı rejimin “deputatlar”ı İrəvanda gizli toplantılar keçirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, separatçılar Ermənistanın müxtəlif ictimai-siyasi strukturları və partiyaları ilə fəal müzakirələr aparırlar. Prosesə özünü “parlament sədri” kimi tanıdan separatçı Qaqik Baqunts rəhbərlik edir.
Separatçı ünsürlər Ermənistanın sabiq prezidentləri, hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi parlament fraksiyalarının nümayəndələri ilə də ayrı-ayrılıqda görüşürlər. Söhbət “Ermənistan” və “Şərəfim Var” fraksiyalarından gedir. Təsadüfi deyil ki, İrəvanda keçirilən son belə bir toplantıda “Şərəfim Var” bütün heyəti, “Ermənistan” fraksiyası isə təmsilçi formatında iştirak edib. İştirakçılar arasında sabiq müdafiə naziri və “Ermənistan” fraksiyasının üzvü Seyran Ohanyan da olub.
Revanşistlər keçmiş separatçı rejimin son başçısı Samvel Şahramanyanla da görüşüblər.