Azərbaycan vətəndaşı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı bizdə rəsmi məlumat yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.
Məlumata görə, Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.