Qoşunların güzgü prinsipi ilə geri çəkilməsi Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısını almağa imkan verəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Qəti şəkildə əminik ki, qoşunların geri çəkilməsi insidentlərdən qaçmağın ən yaxşı yoludur. Bu, stabilləşdirici amil olacaq”, - Qriqoryan bildirib.