Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, eləcə də baş nazirlərin müavinləri görüşəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, görüşlərlə bağlı vaxt məlum deyil.
Qriqoryan qeyd edib ki, Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərini variantını alıb:
“Yəni yanvarın 4-də verdiyimiz cavabdan sonra Azərbaycan öz versiyasını göndərib. İşimizi davam etdiririk, düşünürəm ki, xarici işlər nazirləri görüşəndə sülh sazişini müzakirə edəcəklər”.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, xarici işlər nazirlərinin görüşünün ikitərəfli, yoxsa vasitəçilərin iştirakı ilə olacağı hələlik bəlli deyil.