22 Fevral 07:22
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb.

Teleqraf.com xəbər verir ki, onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

K.Zeynallı bildirib ki, vətənə qayıtmağa ümidi yox idi: "Məni MDB ölkələri üzrə axtarışa veriblər və bu quruma üzv dövlətlərə gedə bilmərəm. İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Heydər Əliyev Fonduna, Prezidentin köməkçisi Anar Ələkbərova minnətdaram. Ailəmlə mütəmadi əlaqə saxlanılırdı. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və səfir Polad Bülbüloğlu başda olmaqla Rusiyadakı səfirliyimizin bütün işçilərinə təşəkkür edirəm. Onlar səhərə kimi yatmayıblar".

Xatırladaq ki, K. Zeynallı Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər