Qərbdə müəyyən siyasi dairələr Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya ilə əməkdaşlığı bərpa etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb .
Nəşr qeyd edib ki, müharibənin bitməsini gözləyənlərin də bölgə ilə bağlı fərqli maraqları var: "Bunlara baxmayaraq Qərb Ukraynanı tərk etməyib. Lakin gələcəklə bağlı planlar da artıq qurulur. Ona görə müharibənin tezliklə başa çatması gözlənilir".