Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, İrəvanla Bakı arasında sülh hələ mümkün deyil.
Teleqraf.com xəbər verir ki, o, Azərbaycanın ünvanına təxribatçı ittihamlar səsləndirib.
Ermənistan baş naziri Azərbaycanın ölkəsini “Qərbi Azərbaycan” hesab etdiyini söyləyib.
“Buna son hadisələri də əlavə etsək, sülhün hələlik qeyri-mümkün olduğu bəlli olur”, - təxribatçı ritorikasının davamında Paşinyan deyib.
Absurd iddialarında bir qədər də irəli gedən baş nazir Azərbaycanı Ermənistana hücuma hazırlaşmaqda ittiham edib.