“Ermənistan KTMT-nin iclaslarında, hərbi təlimlərdə iştirak etmir. Eyni zamanda da öz ölkəsində də hərbi təlimləri qəbul etməkdən imtina edir".
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
"İndi Ermənistan-KTMT münasibətləri yeni müstəviyə keçir. KTMT-nin iclaslarında iştirak etmirik və həmçinin sessiyada qəbul olunmuş qərarları rədd edirik. Yəni bu, artıq KTMT-nin işinə maneədir. Bu bəyanatı NATO üzvü Fransada etdi və bu, Avropaya mesaj idi ki, biz KTMT ilə münasibətləri dondurduğumuzu rəsmən müəyyən edirik. Buna baxmayaraq, nə Aİ, nə Fransa, nə də ABŞ Ermənistanın KTMT-də verdiyi zəmanəti kağız üzərində belə formal olaraq verməyə hazır deyil. Əsas odur ki, Avropadan kömək gözləyəndə Rusiyaya qarşı yönəlmiş addımlar atmalısan. Bunu etmədikdə heç vaxt Ukraynanın etdiyi kimi Qərbdən kömək ala bilməyəcəksən", - ekspert bildirib.