25 Fevral 19:57
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson Xocalı soyqırımına dair bəyannamə imzalayıb və onu diaspor təşkilatının rəhbərinə təqdim edəcək.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə o, ABŞ-nin Texas ştatının Hyuston şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Remember Khojaly” adlı tədbirdə deyib.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və onun nəzdində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin təşkilatçılığı və Komitnin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrin diplomatik nümayəndələri, yerli ictimaiyyətin tanınmış simaları, eləcə də ölkəmizə dost icmaların üzvləri iştirak edib.

Hyuston şəhərində təhsil alan gənc tələbə Leyla Tağıyevanın aparıcılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və ABŞ-nin dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Daha sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilərin törətdiyi vandalizm aktları və hazırkı quruculuq işləri ilə bağlı qısametrajlı videoçarxlar nümayiş olunub.

Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson çıxışında Azərbaycanda səfərdə olarkən onun inkişaf edən gözəl ölkə olmasına şahidi olduğunu diqqətə çatdırıb. X.Conson Xocalı soyqırımı qurbanlarının Azərbaycan tarixində önəmini anladığı üçün məyus olduğunu deyərək, dünyada sülh və əmin-amanlığın vacibliyini, bu istiqamətdə dostların bir-birinə dəstək verərək çətin vəziyyətdən çıxmasının zəruriliyini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova qeyd edib ki, 30 ildən çoxdur Azərbaycan xalqı dünyanın hər yerində “Xocalıya Ədalət” şüarı ilə Xocalıda soyqırımı və insanlığa qarşı cinayət törətmiş şəxslərin beynəlxalq məhkəmələrdə cəzalandırılmasını tələb edir.

Azərbaycanın ABŞ-dəki səfirliyinin nümayəndəsi Nigar Şirəlizadə çıxışında soyqırımla bağlı beynəlxalq təşkilatlar tərərfindən verilmiş bəyanatlardan söz açıb və beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı məsələsində daha ədalətli olmağa çağırıb.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi Qarabağ və Xocalı soyqırımı haqqında siyasi-analitik məruzə ilə çıxış edib.

Sonda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova tədbir iştirakçılatına təşəkkür edərək, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il yad edildiyini, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını və məcburi köçkünlərin tezliklə öz evlərinə dönəcəyini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər