27 Fevral 10:46
2 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ermənistanı indiki intensivlikdə silahlandırmağa davam edərsə, bu ölkəni çox ciddi problem gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

“Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfəri baş tutarsa, Fransa da Ermənistanı indiki temp, miqyas və intensivlikdə silahlandırmağa davam edərsə, bu ölkəni yeni, çox ciddi problem gözləyir.

Səkkiz kəndimizin işğaldan azad edilməsi və Zəngəzur dəhlizinin təhlükəsizliyinin təminatının reallaşması xeyli sürətlənəcək. Ötən ilin sentyabrın 19-da olduğu kimi, Rusiya bu dəfə də kənar müşahidəçi mövqeyi tutacaq. Qarşıdakı günlərə hazır olaq”, - jurnalist bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər