27 Fevral 12:44
11 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada “dost və qeyri-dost ölkələrin siyahıları” təqdim olunub.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Əlaqələrin İnkişafı üzrə Milli Tədqiqat İnstitutu üçüncü ildir belə tədqiqatlar aparır.

Tədqiqatda 400-dən çox rusiyalı və xarici ekspert iştirak edib. Araşdırmada postsovet ölkələrində baş verən hadisələr, rəsmi sənədlər, bu ölkələrin rəhbərlərinin bəyanatları və KİV-lərin ətraflı təhlili aparılıb.

Rusiya ilə dostluq əlaqələri rejiminə 10 ölkə daxildir:

Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Ermənistan, eləcə də tanınmamış Cənubi Osetiya və Abxaziya respublikaları.

Gürcüstan “nisbətən dost ölkə” kimi qiymətləndirilib.

Beş ölkə ilə bağlı mənfi göstəricilər qeydə alınıb: Ukrayna, Latviya, Litva, Estoniya və Moldova.

“Dostluq siyahısı”nda 93.5 balla Cənubi Osetiya liderdir. İlk onluğu 46 xalla Ermənistan tamamlayır.

Təqdimat mərasimində Rusiya Prezidenti Aparatının rəsmi nümayəndəsi Anton Rıbakov, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Oleq Karpoviç, Dövlət Duması və digər rəsmi qurumların nümayəndələri iştirak ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər