28 Fevral 11:58
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyan iddia edir ki, Rusiya həm Azərbaycan, həm də Ermənistanı birləşdirəcək “birlik dövləti” yaratmaq niyyəti güdür.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşrin iddiasına görə, baş nazir bu barədə hakim partiyanın üzvləri ilə son qapalı toplantıda danışıb.

Paşinyan Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfərinə də toxunub, bu razılaşmanın Münxendə (Almaniya) əldə edildiyini bildirib:

“Baş nazir Qərbin Zelenskinin Ermənistana səfərini təşkil etməyi təklif etdiyini, əvvəlcə bununla razılaşdığını, amma bir gün düşündükdən sonra bunun regional səfər olacağı, yəni Azərbaycana da gedəcəyi təqdirdə Ukrayna liderini qəbul etməyə hazır olduğunu vurğulayıb.

Rusiya amilini nəzərə aldıqda Zelenskinin yalnız Ermənistana səfəri ölkəmiz üçün çətin ola bilər. Hakim partiyanın bəzi üzvləri də etiraz ediblər ki, Zelenskinin Azərbaycana səfəri haqda heç nə deyilməsə də, Ermənistanı buna görə bağışlamayacaqlar. Paşinyan onlara cavabında söyləyib ki, həmin məntiqə görə, özünü dünyadan təcrid etmək lazımdır, çünki istənilən dövlətlə təmaslar digərinin əleyhinə qəbul edilə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər