23 May 11:53
9 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq prezident Serj Sərkisyan Ermənistan-Azərbaycan sərhədində münaqişəli vəziyyətin davam etməsini istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar İttifaqı” adlı QHT-nin sədri Daniel İoannisyan deyib.

Onun sözlərinə görə, Sərkisyan Ermənistanın Rusiyadan asılı vəziyyətdə qalmasında da maraqlıdır:

“Sual yaranır ki, Serj Sarkisyan, bəzi keçmiş diplomatlar və çevrələri niyə sərhədlərin delimitasiyası ilə bağlı qeyri-müəyyənliyin tərəfdarıdır?

Ermənistanın əbədi münaqişə içində qalması və Rusiyadan asılı qalması üçün;

Ermənistanın sərhədinin olmaması, həmişə hücum ehtimalı qarşısında qalması üçün;

İrəvan və Bakının məsələlərin həllində həmişə “xilaskarlar”ın vasitəçiliyinə ehtiyacları olması üçün;

İqtidarın “yanlış addımlar”ından istifadə edərək hakimiyyəti ələ keçirmək üçün”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər