23 May 17:10
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Necə düşünürsünüz, Yeni Kaledoniya məsələsində kim kimdən öndədir: Bakıya görə Moskva, yoxsa Moskvaya görə Bakı?

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransanın Azərbaycanı Yeni Kaledoniyanı qarışdırması ilə bağlı ittihamına cavab verərkən deyib.

Rusiya rəsmisinin cavabı ironik olub, Rusiya və Azərbaycanın “prosesdə birgə hərəkət” etdiyini söyləyib.

“Biz bərabərik”, - Zaxarova zarafatyana bildirib.

Fransa hökuməti bundan əvvəl Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlar təşkil etməkdə ittiham edib. Müvafiq ittiham Türkiyə və Rusiyaya qarşı da səsləndirilib.

Rəsmi Bakının təxribatçı və əsassız ittihamlara cavabı sərt olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər