23 May 20:57
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyənin ortaq siyasəti Cənubi Qafqazda sülh və hərtərəfli əməkdaşlığın bərqərar olması ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistanın Azərbaycanla sülh və ya çərçivə sazişini imzalaması İrəvanın Türkiyə ilə də münasibətlərinin normallaşmasına şərait yaradacaq, sərhəd açılacaq. Bu, sazişdən əvvəl də baş verə bilər və buna görə Türkiyənin qınanılması doğru olmaz. Düzdür, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş ölkənin rəsmiləri Bakının qərarını gözləyirlər, ancaq Ankara Ermənistan siyasətində qərar verməkdə sərbəstdir. İkinci Qarabağ Müharibəsindən sonra Prezident İlham Əliyevin açıqlamaları da bu yöndədir. Azərbaycan və Türkiyənin ortaq siyasəti Cənubi Qafqazda sülh və hərtərəfli əməkdaşlığın bərqərar olması ilə bağlıdır”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər