24 May 09:36
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən başlayaraq Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində mühafizəsini rəsmən öz üzərinə götürür.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, söhbət Berkaber (ER) - Qızılhacılı (AR) kəndi yaxınlığında 1,9 kilometr, Voskepar (ER) - Aşağı Əskipara (AR) və Bağanis (ER) - Bağanıs Ayrım (AR) kəndlərində 4,9 kilometr ərazidən gedir.

Bildirilir ki, dövlət sərhədinin Kirants (ER) – Xeyrımlı (AR) istiqamətindəki 5,8 kilometrlik hissəsində sərhədin mühafizəsi keçid sxemi üzrə həyata keçiriləcək: “Eyni məntiqə uyğun olaraq, mayın 24-dən Azərbaycanla sərhədin qeyd olunan istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər