24 May 12:19
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşistlərin sərhədlə bağlı iddiaları müharibəyə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu erməni hüquqşünas Artaşes Xalatyan deyib.

Hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sərkisyanın başında dayandıqları revanşist “Qarabağ klanı”nın iddiası ondan ibarətdir ki, Ermənistan sərhədləri erməni əsgərinin dayandığı yerdir. Xalatyan bunu təhlükəli bəyanat hesab edir.

Ekspertin şərhindən belə anlaşılır ki, revanşistlər 1990-cı illərdə işğal etdikləri Azərbaycan ərazilərini və o dövrdə mövcud olmuş təmas xəttini “Ermənistan sərhədləri” hesab edirlər.

“Onların 1993-94-cü illərdə atəşkəs əsasında müəyyən edilmiş təmas xətti əsasında sərhəddə düzəlişlər edilməsi və ya Ermənistan sərhədinin erməni əsgərinin dayandığı yer olması barədə iddiaları son dərəcə təhlükəlidir. Hətta bu, Ermənistanın mövcudluğunu şübhə altına alan tezisdir”, - Xalatyan vurğulayıb.

Onun sözlərinə görə, belə bir iddia Azərbaycan tərəfindən müharibə əsası kimi qəbul edilə və onun bu yöndə atacağı addımları legitimləşdirə bilər.

Xalatyan əlavə edib ki, bu təhlükəli tezisləri irəli sürən “Qarabağ klanı” Rusiya ilə yaxın əlaqələrə malikdir:

“Baş verənlər onu göstərir ki, müxalifət növbəti parlament seçkilərinə hazırlaşır, faktiki olaraq Ermənistan seçicisinin 8-10 faizi uğrunda mübarizə aparır. Hansı ki, həmin kəsim mühafizəkar yanaşmalara, rusiyayönlü baxışlara malikdir, həm də müəyyən mənada Rusiyaya bağlıdır. Faktiki müxalifət bu gündən seçkiqabağı təşviqat kampaniyasına başlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər