24 May 12:27
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Belarus və Rusiya prezidentləri hökumət üzvlərinin iştirakı ilə təhlükəsizlik məsələləri və iqtisadi mövzuları müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Minskdə keçiriləcək görüşdən öncə deyib.

Putinin Çinə son səfərinə işarə edən Lukaşenko Pekinlə qarşılıqlı fəaliyyət kontekstində də münasibətləri müzakirə etməyi planlaşdırdıqlarını açıqlayıb.

“Düşünürəm ki, Si Cinpin bu məsələləri müzakirə etməyimizdən məmnun olacaq. Regionumuzla bağlı çox maraqlı təkliflərim var və Azərbaycana səfərimiz zamanı Qafqaz bölgəsi ilə bağlı çox ciddi müzakirələr apardıq”, - Belarus lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər