27 May 13:45
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Helikopter qəzasına görə məsuliyyəti birbaşa İran hakimiyyəti daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“SEPAH-a bağlı saytlar və Teleqram kanallarının helikopter qəzasında İran rəsmilərinin (Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və sair) həlak olmasını Azərbaycanla əlaqələndirməyə çalışacağı gözlənilən idi. Bizə qarşı müxtəlif formada atmacaların sayı artıb. Tehran necə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır ki, təbii və texniki səbəblərdən qəzaya uğrayan helikopter qəzasını qonşusunun üzərinə yükləmək istəyir? Yenə yersiz yerə Azərbaycan-İsrail tərəfdaşlığını ön plana çəkirlər. Sizə zəhmət olmasa, prezidentinizi köhnə helikopterə mindirməyinizdən və mürəkkəb hava şəraitində uçuşa icazə verməyinizdən yazın və danışın. Helikopter qəzasına görə birbaşa siz məsuliyyət daşıyırsınız”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər